10-01-2017 [10:20]
"Azərbaycanda çox müxtəlif dövlət fondları fəaliyyət göstərir. Onlar arasında Neft Fondu və Sosial Müdafiə Fondu həm miqyasına, həm təyinatına və həm də hesabatlılığına görə seçilir. Hər iki Fondun büdcəsinin gəlir və xərcləri ilə bağlı məlumatlar müntəzəm olaraq ictimaiyyətə açıqlanır. Lakin bu iki fonddan başqa müxtəlif dövlət təşkilatlarının nəzdində yaradılan fondlar vardır ki, onlar haqqında yalnız ümumi məlumatlara çıxış imkanları mövcuddur. Onların gəlir mənbələri məlum olsa da, xərc istiqamətləri haqqında açıqlama verilmir”.
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, həmin qurumlar büdcədənkənar inkişaf fondları adı ilə müxtəlif dövlət orqanlarının nəzdində yaradılıb. Buna görə də ora yığılan vəsaitləri dövlət büdcəsində görmək olmur.
"Çünki, büdcə sənədlərində Neft Fondu və Sosial Müdafiə Fondundan başqa "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna rast gəlmək mümkündür. Büdcədə "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna dair açıqlanan yeganə məlumat ondan ibarətdir ki, bu il həmin Fondun gəlirləri 108 milyon manat olacaq”.
Büdcədənkənar inkişaf fondlarına gəlincə, ekspert hesab edir ki, hər bir nazirlik özü ən azı bir Fond yaradıb.
"Diqqət yetirin. Azərbaycan gömrük sisteminin büdcədənkənar inkişaf fondu, Vergi orqanları işçilərinin sosial müdafiəsi və bu orqanların maddi həvəsləndirmə və inkişaf fondu, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən formalaşan fond və digərləri. Dövlət büdcəsi kiçildikcə, adını sadaladığım fondlar ildən-ilə böyüyür. Son illərin trendi göstərir ki, vergi, gömrük, yol polisi və sistemlərə rəhbərlik edənlərin başlıca marağı yalnız dövlət büdcəsinin deyil, daha çox birbaşa sərəncam verdiyi fondların gəlirlərinin artımını təmin etməkdir. Belə ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilir. Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına yaradılan büdcədənkənar fond da eyni funksiyanı yerinə yetirir. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur”.
Qubad İbadoğlu qeyd edib ki, bütün bunlar da həmin sistemin işçilərində büdcəyə deyil, Fonda daha çox vəsait yığılmasına stimul yaradır.
"Məsələn, bu ilin büdcəsində vergi sanksiyaları 90 milyon manat proqnozlaşdırılıb. Bu o deməkdir ki, vergi orqanları il ərzində 120 milyon manatlıq cərimə və sanksiyalar tətbiq etməlidirlər ki, onun da 75 faizini, 90 milyon manatını büdcəyə, 30 milyon manatını isə vergi orqanları işçilərinin sosial müdafiəsi, maddi həvəsləndirməsi və inkişaf fonduna yönəltsinlər. Ötən ilin ilk 8 ayında yol hərəkəti qaydalarının qaydaların pozulmasına görə ödənilən cərimələr 58,5 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, cərimələr ayda orta hesabla 7 milyon manat olub. Bu hesabla da ötən il üçün yol hərəkəti qaydalarının pozulmasına görə gözlənilən yığım 90 milyon manatı ötüb.
Göründüyü kimi, vergi orqanlarının və yol polisinin cərimələrinin birlikdə məbləği 210 milyon manatdan çoxdur. Vergi orqanları bu məbləğin 75 faizini büdcəyə köçürsə də, yol polisinin topladığı cərimələrin ən yaxşı halda 10 faizini 2017-ci il büdcəsində görmək olar. Çünki, bu ilin büdcəsində cərimə və sanksiyalara görə büdcəyə daxilolmalar 101 milyon manat nəzərdə tutulur ki, onun da 90 milyon manatını vergi qanunvericiliyinin pozulmasına görə ödəmələr təşkil edəcək.
İldən-ilə böyüyən cərimə fondlarının inkişaf fondları adı ilə ayrı-ayrı dövlət orqanlarının sərəncamında saxlanılaraq qeyri-şəffaf və hesabatsız xərclənməsi maliyyə nəzarəti orqanlarının diqqətindən kənarda qalmalı deyil. Xüsusilə də yuxarıda adı çəkilən fondların xərclənməsi barədə əhaliyə müntəzəm olaraq hesabat xarakterli məlumatlar verilməlidir.
Cərimələnən sahibkar, sürücü, piyada bilməlidir ki, onun ödədiyi məbləğ hara gedir, onu kimlər və necə xərcləyir. Fikrimcə, yaranmış vəziyyətdən çıxışın ən düzgün yolu həmin fondların və kassaların ləğv edilərək cərimə və sanskiyalara görə ödənişlərin birbaşa büdcəyə yönəldilməsidir. Çünki, bu halda eyni zamanda iki problemi həll etmək mümkündür. Birincisi, şəffaflıq və hesabatlılıq. Çünki büdcə sənədləri daha əlçatandır. İkincisi isə cərimələrin və sanksiyaların əsassız tətbiqininin qarşısının alınmasını.
Bu təklifə opponent olanlar fondların anti-korrupsiya effektini qabardarlarsa, bu halda da mövcud problemin həlli vergi, gömrük, yol polisi işçilərinə, bütünlüklə müəllimlərə, həkimlərə və digər kateqoriyadan olan büdcə sferasında çalışanlara layiqli əmək haqları verməkdir. Və onu qiymətlərin artımına müntəzəm olaraq indeksləşdirməkdir”-deyə o əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi