09-01-2017 [16:43]
Əhalinin keyfiyyətli məhsula və xidmətə üstünlük verməsi satış və xidmətlə məşğul olan şirkətlərin yeni yollara əl atmasına səbəb olub.
Məsələn, alıcının keyfiyyətli məhsul və yüksək xidmət tələbinə tam cavab verə bilməyən bəzi supermarketlər cəlbedici və stimullaşdırıcı kampaniyalardan istifadə edirlər. Hansısa məhsulların qiymətində yüksək faizli yalançı endirimlər və hədiyyə əlavələri təqdim etməklə alıcı toplamağa çalışırlar. Lakin görünən budur ki, bunu da lazımınca icra edə bilmirlər.
Ötən həftə yeni il münasibətilə kampaniya keçirən "Rahat market”lər şəbəkəsi alıcılara 100 faizli hədiyyə qazancı olan stimullaşdırıcı lotereya təqdim edirdi. Hər 30 manatlıq alış-verişə 1 lotoreya ilk baxışdan cəlbedici olsa da, nəticə etibarilə müştərilərin hüquqlarının pozulması ilə müşahidə edilən bir kampaniya oldu.
Belə ki, "Rahat market”lərə müraciət edən kifayət qədər müştərinin əksəriyyəti bayram bazarlığı etdiyindən çoxunun alış-veriş məbləği uduşlu kupona düşürdü. Lakin 4-5 kassadan keçən müştərinin hədiyyəsini almaq üçün yenidən 1 məntəqədə daha uzun bir növbəyə dayanması heç əziyyətə dəymirdi. Çünki kuponlardakı uduşlar yalnız çay, qənd, şəkər, xama, makaron və s. bu cür kiçik məbləğli (1,2-1,7 manatlıq) ərzaq məhsullarından ibarət idi. Lakin alıcıların "buna da şükür” deyib uzun növbələrdə dayanmasını normal qəbul etmək olardı. Sadəcə problem tək növbə deyildi. Sən demə "Rahat market”də hədiyyə kimi alıcılara təqdim edilən məhsulların xeyli hissəsi satılmayan və hər hansı formada keyfiyyətində problem olan məhsullar olub.
Konkret fakt isəModern.az-ın əməkdaşının rastlaşdığı haldır. Belə ki, "Rahat market”lər şəbəkəsinin Nərimanov rayonundakı "Metropark” filialında alış-veriş edərək 4 uduş kuponu əldə edən əməkdaşımızın kuponlarının hamısına əksər müştərilərdə olduğu kimi, makaron uduşu düşüb.
Təqdim edilən makaron məhsulu tanınmış markadan olmadığı üçün çox müştəri hədiyyəyə narazılıq etdiyindən mağaza əməkdaşları "humanistlik” edib onları digər məhsullarla dəyişirmişlər. Nəticədə əməkdaşımız da digər məhsul kimi "Azərsun Holdinq”in istehsalı olan "Richmond” şəkərini götürüb. Lakin evdə şəkərdən istifadə edərkən məlum olub ki, məhsul başqa bir tərkibə malikdir və şirin əvəzinə acılıq dadır. Hətta şirin çay içən azyaşlının zəhərlənməsi narahatlığı yaşanıb.
Bu barədə mağaza rəhbərliyinə bildirdikdə isə üzr istəsələr də, məhsulun keyfiyyətinə cavabdehlik daşımadıqlarını, sadəcə bu barədə "Azərsun” şirkətinə məlumat verə biləcəklərini bildiriblər. Sonra isə ya özlərini, ya da şirkət nümayəndələrinin məsələ ilə bağlı cavab verməsi üçün əməkdaşımızın əlaqə nömrəsini götürüblər.
Lakin sonradan problemlə bağlı nə market rəhbərliyi, nə də şirkət nümayəndələrindən heç bir xəbər cıxmayıb. Bu isə müştəriyə göstərilən laqeyd münasibətin göstəricisidir.
Yəni hər hansı şirkətin nüfuzu, peşakarlığı, müştəri məmnuniyyəti onun adı ilə deyil, məhz fəaliyyəti ilə bağlı olduğunu nə "Rahat market”lər şəbəkəsi, nə də "Azərsun Holdinq”in məsul şəxsləri dərk edə bilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi