09-01-2017 [14:39]
Milli Məclisin plenar iclaslarında deputatlar tez-tez müxtəlif dövlət qurumlarından, onların rəhbərliyindən giley-güzar edirlər.
Narazılığın da kökündə həmin dövlət orqanlarının deputatların rəsmi sorğularını cavabsız qoyması dayanır. Deputatlar bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, nəticə əldə edə bilmirlər.
Aqil Abbas cavabsız qalan sorğusunun olmadığını qeyd edib. "Mənim qeydiyyat dəftərimə baxsanız, bunun şahidi olarsınız. Elə müraciətlər var ki, həll olunub. Elə məktublar da var ki, onlar ədalətli məktub deyil. Düzdür, mən bütün müraciətlərə baxıram. Həmin məktubları aidiyyatı orqanlara göndərirəm. Mənə və həmin şəxsin özünə də bununla bağlı cavab gəlir. Elə sorğular var ki, onların cavablandırılması 10 və 15 gün çəkir. Amma cavabsız qalmır”.
Deputat daha çox Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladığını deyib. "Mənim seçicilərimin 50 faizi məcburi köçkünlərlə bağlıdır. Daha çox mənə mənzillə və işlə bağlı müraciətlər olur. Həmçinin, digər rayonlardan olan hüquqları pozulmuş şəxslər də mənə müraciət edirlər. Həmin müraciətlərə görə də aidiyyatı orqanlara sorğu göndərilir”.
Fazil Mustafa qeyd edib ki, şəxsən onun sorğularına elə bir hal olmayıb ki, cavab verilməsin. "Demək olar ki, hansı quruma müraciət etmişəmsə, həmin qurumlardan ya nazir, ya nazirin müavini səviyyəsində, təsadüf hallarda o sahəyə aid idarə rəisləri səviyyəsində cavab almışam. Ona görə də belə bir problemlə rastlaşmamışam”.
Deputat bir çox məsələlərlə bağlı müxtəlif dövlət orqanlarına sorğular göndərdiyini bildirib.
"Bu müraciətlərin də əksəriyyəti işsizliklə bağlıdır. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərirəm. Müəyyən dərəcədə vətəndaş şikayəti polisin fəaliyyəti, cinayət işi və yaxud da müəyyən qurumlarda olan problemlərlə bağlı olur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və başqa qurumlardan olan şikayətlər əsasında bu rəsmi orqanlarla əlaqə qururam. Qaldırılan problemlərin müəyyən bir qismi həllini tapır. Əksəriyyəti isə həllini tapmır. Çünki standart cavablar alıram”.
Elman Məmmədov deyib ki, hansı dövlət qurumuna yazılı məktubla müraciət edibsə, hamısından lazımı səviyyədə cavab alıb. "Mən deyə bilmərəm ki, bu cavabların hamısı müsbət həll olunanlardır. Həllini tapmayan sorğular da var. Mənim seçicilərim məcburi köçkünlər olduğuna görə, mənzil, məişət, sosial və işsizlik məsələləri ilə bağlı müraciətlər olur. Mən də həmin müraciətlər əsasında dövlət orqanlarına sorğular göndərirəm. Cavabsız qalan sorğum isə yoxdur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi