Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

09-01-2017 [13:22]


Bakı və Abşeron yarımadasında yanvarın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA