Nurayın atasının atalıq hüququ ləğv edilə bilər - Məhkəməyə müraciət

img

09-01-2017 [12:39]


Bir neçə gündür Quba rayon sakini, 10 yaşlı Nuray Bayramzadənin bioloji atasına verilməsi ilə bağlı qalmaqal yaşanır.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə qızın atasına verilməsi ilə bağlı qərar versə də, bu qərarın icrası zamanı edilmiş kobudluqların ictimailəşməsi məsələni müzakirə mövzusuna çevirib. Qızın atasını qəbul etməməsi də vəziyyəti qəlizləşdirib.

Vəkil Tağı Hüseynov Nurayın bioloji atasının valideynlik hüququndan məhrum edilməsi ilə əlaqədar qəyyumu, yəni xalası Mehriban Eldarova tərəfindən məhkəməyə verildiyini açıqlayıb. Vəkil bildirib ki, iddia ərizəsi Binəqədi rayon Məhkəməsinə daxil olub. Əgər məhkəmə Əvəz Bayramovu atalıq hüququndan məhrum etsə, Nuray Bayramzadə xalasının yanında qalacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA