Nurayı xalasından ayıran icra məmuru - “Orada kobudluq edilməyib”

img

07-01-2017 [12:09]


Quba Rayon Məhkəməsində baş vermiş hadisənin iştirakçılarından biri-məhkəmə icraçısı Ümid Məsimov açıqlama verib.

Mia.az xəbər verir ki, ölkə.az-a danışan Məsimov bildirib ki, Nuraya qarşı heç bir kobudluq edilməyib: "Biz məcburi icra orqanıyıq. Ali Məhkəmənin qərarı var. Bu barədə Ədliyyə Nazirliyinin açıqlaması olacaq. Biz məhkəmə qərarını icra etmişik. Məcburi icra orqanı olduğumuzdan orada kobudluğun olduğunu demək olmaz”.

Qeyd edək ki, 10 yaşlı Nurayın xalası Mehribandan alınaraq atası Əvəz Bayramova verilməsi mətbuatda və sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Əksəriyyət məhkəmə icraçılarını azyaşlıya qarşı kobud davranmaqda ittiham edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA