Fazil Məmmədovdan dəyişiklik - Nazir idarə rəisini baş direktor təyin etdi

img

07-01-2017 [11:39]


Vergilər Nazirliyində yeni yaradılmış daha iki departamentə təyinat baş verib.

Mia.az Nazirliyin saytına istinadən xəbər verir ki, ədliyyə müşaviri Vüqar İsmayılov Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsinə təyin olunub. 

O, 2016-cı ilin noyabr ayından Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Kiçik vergi xidməti müşaviri Toğrul Quliyev isə bundan sonra Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsini icra edəcək.

 T.Quliyev 2016-cı ilin fevral ayından etibarən Vergi auditi və operativ nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA