Səbailin icra bazçısı Asif Əsgərov son zəng tədbirlərində iztirak edib

img

31-05-2010 [02:18]


?Son zəng? tədbirləri ənənvi olaraq Səbail rayonunun bütün 17 orta məktəbində təntənəli şəkildə qeyd olunui. MİA-nfn xəbərinə görə, Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 saylı orta məktəb 1966-cı ildə inşa olunmuş, burada hazırda 1900 şagird təhsil alır. Son 3 il ərzində məktəbin 8 şagirdi müxtəlif fənlər üzrə respublika olimpiadalarının qalibi olmuş, məktəbin 2 müəllimi ?İlin ən yaxşı müəllimi? adna layiq görülmüş, 1 müəllim isə ?Qabaqjıl təhsil işçisi? döş nişanına layiq görülüb. Məktəb idmançıları 10 ildir ki, rayon spartakiadasının qalibləri və rayon miqyaslı bütün tədbirlərin fəal iştirakçıları olurlar. Bu il məktəbi 173 nəfər bitirir. Bu ilki məzunları və birinjiləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev məktəb kollektivinin qazandığı uğurlardan danışdı, məzunlara müstəqil həyatda atajaqları addımlarda uğurlar arzuladı. O qeyd etmişdir ki, məktəbin əsas təhsil korpusunun əsaslı təmirə ehtiyajı olduğundan məktəbin pedaqoci kollektivi Heydər Əliyev Fonduna mürajiət etmiş və artıq məktəbin təmirinə başlanmışdır. Bununla əlaqədar məktəb kolletivi adından ölkə rəhbərliyinə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilmişdir. Şəhərin mərkəzindəki Məmməd Rahim adına 7 saylı orta məktəb tərəfindən ?Sahil bağı?nda təşkil olunmuş təntnəli tədbirə dəvət olunan çoxsaylı qonaqları, valideynləri, həmçinin rayon rəhbərliyini salamlayan 7 saylı orta məktəbin direktoru Gülnaz Mehdizadə kollektivin qazandığı uğurlardan məktəbin məzunlarının həyatda qazandığı nailiyyətlərdən danışdılar, bu ilki məzunlara məktəbin adını həmişə uja tutmağa, onunla fəxr etməyə çağırdılar. Bildirildi ki, məktəb 82 ildir ki, fəaliyyət göstərir, hazırda 912 şagird təhsil alır. Bu il məktəbi 86 məzun bitirir. Onlardan 12-si əlaçıdırlar. Bu təhsil ilində məktəbin 1 şagirdi Bakı şəhəri üzrə keçirilən fənn Olimpiadasının qalibi olmuşdur. Keçən il məktəbin 2 müəllimi ?İlin ən yaxşı müəllimi? müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə ingilis dilinin intensiv tədrisi aparılır. Hazırda məktəb 7 respublika və 2 dünya miqyaslı layihələrdə iştirak edir. Hər iki məktəbdə keçirilən tədbirlərdə iştirak edən Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulaimış, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, məktəblərin pedaqoci kollektivlərinə gələjək işlərində uğurlar arzulamışdır. Səbail rayonunun 6, 49, 50, 51, 91, 132, 134, 160, 162, 190, 239 saylı məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçmiş və məzunların həyatında yaddaqalan bir günə çevrilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA