Azərbaycanda 12 kredit ittifaqının lisenziyası ləğv olundu - Palatadan şok qərar

img

06-01-2017 [15:06]


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurası qərar verib.

Bu barədə Mia.az-a MBNP-dan məlumat daxil olub. Şuranın qərarı ilə "Arzu Kredit İttifaqı”, "Azəriinvest Kredit İttifaqı”, "Cənub Kredit İttifaqı”, "Ceyhun Kredit İttifaqı”, "Kompass Kredit İttifaqı”, "F.A.S. Kredit İttifaqı”, "Həkəri Kredit İttifaqı”, "Kredo-İnvest Kredit İttifaqı”, "Real Kredit İttifaqı”, "Tərəkəmə Kredit İttifaqı”, "Tural Kredit İttifaqı” və "Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Məlumata görə, lisenziyaların ləğv edilməsinə səbəb, sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olub.

MBNP "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA