Vergilər Nazirliyində daha iki idarə ləğv edildi - Nazirdən yeni qərar

img

06-01-2017 [12:17]


Vergilər Nazirliyində daha iki idarənin ləğv edilməsi ilə bağlı qərar qəbul olunub.

Report xəbər verir ki, onların bazasında departamentlər yaradılıb.

Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti, Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında isə Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Qeyd edək ki, yeni yaradılan departamentlərin rəhbər vəzifələrinə hələ təyinat yoxdur.

Xatırladaq ki, bu vaxta qədər ləğv edilən Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə, Vergi auditi və operativ nəzarət İdarəsinin rəisi isə Toğrul Quliyev olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA