Həcc ziyarəti üçün kvota məhdudiyyəti aradan qaldırıldı - Səudiyyə Ərəbistanından qərar

img

06-01-2017 [11:13]


Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarların kvotasına 5 il əvvəl tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.
 
APA-nın "saudigazette.com”a istinadən verdiyi xəbərə görə, kral bununla bağlı Ali Həcc Komitəsinin sədri, şahzadə Məhəmməd bin Nəifin təklifini qəbul edib. 

Məhəmməd bin Nəif bildirib ki, artıq aidiyyəti qurumlar bu il sayı artacaq zəvvarların qəbuluna dair hazırlıq aparır. 
 
Qeyd edək ki, 5 il əvvəl Səudiyyə Ərəbistanı xarici ölkələr üçün müəyyənləşdirilən həcc kvotasını 20 faiz, daxili zəvvar kvotasını isə 50 faiz  azaldıb. Bu addım Kəbə və digər müqəddəs yerlər ətrafında aparılan genişləndirmə işləri zamanı təhlükəsizlik tədbirlərinin gü

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA