Daxili İşlər Nazirliyinin maşınları hərraca çıxarıldı

img

05-01-2017 [17:33]


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin adlarını açıqlayıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Mia.az-a verilən məlumata görə, hərraca çıxarılan avtomobillərin içərisində Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillər də var.

Qeyd olunub ki, buraxılış ili 2007-ci il olan "BMW 320” markalı dövlət nömrə nişanı 10 YP 568 olan avtomobili hərraca çıxarılıb. Avtomobilin ilkin start qiyməti 5500 manatdır.

Bundan başqa, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına daxil olan 2 "UAZ-3741”, "UAZ-31519”, "Nissan Sunny” və "QAZ-33073” də var.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA