Nazir Hüseynqulu Bağırov rəisi işdən çxardı - Yeni təyinat

img

05-01-2017 [16:57]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə yeni rəis təyin olunub.

Mia.az BakiPost.az-a istinadən xəbər verir ki, nazir Hüseynqulu Bağırovun müvafiq əmri ilə bu vəzifəyə nazirliyin əməkdaşı Bakir Qurbanov gətirilib.
 
Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təsdiqləyib. Bildirib ki, B. Qurbanov artıq vəzifəzinin icrasına başlayıb.

Məlumat üçün bildirək ki, Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəisi Mustafa Əhmədov 2016-cı ilin sonlarında vəzifəsindən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA