05-01-2017 [16:49]
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə maraqlı detallar ortaya çıxmaqdadır.
Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, ayrı-ayrı şəxslərin telefonlarının qanunsuz dindirilməsi epizodu üzrə nazirliyin Energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin 2-ci idarəsinin sabiq rəisi Əliyev Akif Oktay oğlu ifadə verib. O, Bakı Metropolitetinin sabiq rəisi Tağı Əhmədova aid külli miqdarda pul vəsaitin ələ keçirilməsi və cinayət xarakterli sair xüsusatlar üzrə bildirib ki, metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı siqnal materialı və ya əməliyyat-qeydiyyat işi olub. O, özü 3-cü idarədə işlədiyindən həmin materialın ona hər hansı aidiyyəti olmayıb, Tağı Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarovun verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilərək əməliyyat-texniki tədbirlər davam etdirilib: "Hətta Akif Çovdarov Rəsul Rəsulova Tağı Əhmədovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı ayrıca qüvvə ayrılmasını və neft idarəsindən də (3-cü idarə) əməkdaşların tədbirə cəlb olunmaları barədə göstəriş vermişdi. Qeyd olunan tədbirlə əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektlərinin sahibləri, bir sıra metropoliten işçiləri Milli Təhlükəsizlik Nazirliyinin Komendaturasına çağırılaraq əməkdaşlar tərəfindən izahatları alınırdı. Akif Çovdarovun tapşırığı ilə o, izahatların düzgün tərtib olunmasına şəxsən mən nəzarət etmişəm”.
Sabiq idarə rəisi qeyd edir ki, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub məsuliyyətdən yaxa qurtarmaq üçün Eldar Mahmudova çıxış axtarıb, amma nazirlə əlaqə saxlaya bilməyib: "Tağı məsələnin həlli üçün Rəsul Rəsulova müraciət etdi. Bundan sonra eşitdim ki, Akif Çovdarov Tağı Əhmədovun oğlu ilə Bakı şəhərində Ordu İdman Klubunun qarşısında görüşərək Tağı Əhmədovun oğlundan bir milyon ABŞ dollar pul alıb. Pul alınandan sonra Tağı Əhmədovla bağlı tədbirlər dayandırıldı”.
Akif Əliyev bu iş üzrə şahid qismində dindirilən zaman bildirib ki, nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov Rəsul Rəsulova zəng edərək pulunu tələb edib: "Rəsul bu barədə mənim yanında Akif Çovdarova məruzə elədi. Çovdarov "mənim Tağıya verməyə 3.000.000 dollar pulum yoxdur” sözlərini dedi. Onda bildim ki, Akif Çovdarovun Tağı Əhmədovdan 1 milyon dollar yox, 3 milyon dollar alıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi