Azərbaycanda 11 nəfərdə qripə bənzər xəstəlik aşkarlanıb - Rəsmi

img

05-01-2017 [16:29]


Son 3 ayda nisbətən ağır gedişli respirator xəstəliyi olan 258 xəstədən material götürülərək Respublika Taun Əleyhinə Stansiyasında (RTƏS) müayinə olunub.
 
RTƏS-ın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya bildirib ki, ötən ilin oktyabrından aparılan müayinələr nəticəsində onlardan 5-də paraqrip, 6-da isə adena virus aşkarlanıb. R. İsmayılova qeyd edib ki, bunlar qrip deyil, qripə bənzər xəstəliklərdir:

"Simptomatikası oxşayır, yüksək hərarət, boğaz ağrısı, öskürək olur. Ümumilikdə isə patogen qrip aşkarlanmayıb. Müraciətlər əsasən, kəskin respirator viruslarla bağlı olub. 17 yaşına qədər uşaqlar isə ümumi müraciətlərin 20%-ni təşkil edib”.
 
Şöbə müdiri qeyd edib ki, insanlar xəstələndikdə, hansısa narahatlıqları olduqda müvafiq tibb müəssisələrinə müraciət etməlidirlər. Onun sözlərinə görə, RTƏS-ın laboratoriyasına müayinə materialları yalnız tibb müəssisələrindən daxil olur. Hazırda vəziyyət stabildir və artım yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA