“Hər şey normaldır, heç bir problem yoxdur” - Eldar Mahmudov üzə çıxdı

img

05-01-2017 [15:01]


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov uzun müddətdən sonra Azərbaycanda görünüb.

2016-cı ilin dekabrında Eldar Mahmudovu Rusiyanın Azərbaycandakı Səfirliyinin binası yaxınlığındakı yolda "Porsche” markalı avtomobilin içərisində gedərkən görüblər. 

Həmin vaxt avtomobili keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirmiş, özü isə öndə əyləşərək, söhbət edirmiş.

Hətta, Eldar Mahmudov avtomobillə gedərkən, yolda rastlaşdığı keçmiş polis tanışlarından birinə də salam verib.

Avtomobildə ötəri söhbət edən Eldar Mahmudov daha sonra deyib ki, hər şey normaldır, heç bir problemi yoxdur.

Ölkə.Az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA