05-01-2017 [14:17]
"Payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb. Mövsümi olaraq xəstələrin sayında artım var, amma bu, epidemiya xarakterli deyil. Azərbaycanda qrip virusunun, yaxud başqa bir xəstəliyin epidemiyası yoxdur”.
Bunu APA-ya Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərinə mövsümi olaraq ilin soyuq fəsillərində rast gəlinir və bu da payız-qış mövsümündə bədənin soyuması nəticəsində insan orqanizminin reaktivliyinin azalması ilə əlaqədar olur.
N.Quliyev qeyd edib ki, soyuğun təsiri ilə tənəffüs yollarında kəskin respirator xəstəliklər müşahidə olunur: "Xəstəlikləri bakteriyalar və viruslar törədə bilər. Virusların sayı minlərlədir və hər bir virus tərəfindən bu xəstəlik törənəndə 100-dən artıq əlamətləri olur. Payız-qış mövsümündə rast gəlinən xəstəliklərin artmasının səbəbi uşaqların bu aylarda kollektivlərdə daha çox cəmləşməsi ilə bağlıdır. Yayda uşaqlar tətildə olur və nəticədə kütləvilik az olur. Sentyabrdan isə bağçalar, məktəblər açılır və həmin ərazilərdə uşaqların bir-birini yoluxdurması ehtimalı qat-qat artır. Bundan əlavə, temperatur birdən-birə 5-10 dərəcə dəyişirsə, uşaqların geyimi də ona uyğunlaşdırılmalıdır. Bu hallara riayət olunmadıqda soyuqdəymələr baş verir və sonradan günahkar axtarılır”.
Valideynlərin uşaqları, xüsusilə körpələri soyuqdan qorumalı olduğunu deyən N.Quliyevin sözlərinə görə, yaz-yay mövsümündə günəş-qum vannasından, dənizdən, meyvə-tərəvəzlərdən daha çox istifadə edilməlidir: "Uşaqlarda xəstələnmə əlamətləri olduğu zaman onları bağçaya, məktəbə buraxmaq olmaz. Onları vaxtında müalicə etmək lazımdır. Çünki xəstə halda bağçaya-məktəbə getmək həm həmin uşaq üçün təhlükə yaradır, həm də digər uşaqları yoluxdurur”.
N.Quliyev qeyd edib ki, bu xəstəliklərin qarşısı vaxtında alınmazsa sonradan ağır və qorxulu fəsadlar-haymorit, ağciyərlərin iltihabı, pnevmaniya baş verə bilər. Bəzən ağır dərəcədə baş-beynin zədələnməsi-meningitlərin inkişaf edə biləcəyini deyən baş pediatr bildirib ki, bu xəstəliklərə məsuliyyətsiz yanaşmaq olmaz: "Böyüklər uşaqları qorumağı bacarmalıdır. Uşaqların sağlamlığının qorunmasında əsas amil valideyn məsuliyyətidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi