Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavinini qəbul edib

img

31-05-2010 [11:41]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollanderi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ-ın həmsədr ölkə kimi fəaliyyətini gücləndirməsinin vacibliyini önə çəkən müdafiə naziri regionda təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti barədə də fikirlərini qonağın diqqətinə çatdırıb. Görüş zamanı ABŞ - Azərbaycan hərbi əməkdaşlığının inkişaf prioritetləri geniş müzakirə mövzusu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA