Fazil Məmmədovdan dəyişiklik - Nazirlikdə 7 departament yaradıldı

img

05-01-2017 [12:36]


Vergilər Nazirliyində bir sıra struktur islahatları aparılıb.

Mia.Az xəbər verir ki, Nazirliyin tərkibində 7 departament yaradılıb. Məlumata görə, Nazirliyin tərkibində olan 6 baş idarə eyni adlı departamentə çevrilib və əlavə olaraq bir yeni departament yaradılıb.

Yaradılan departamentlər Vergi siyasəti və strateji araşdırmalar Departamenti, Daxili təhlükəsizlik Departamenti, Vergi risklərinin təhlili və nəzarəti Departamenti, Hüquq Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Departament, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamenti və yeni yaradılan Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA