Yaxın 3 gün ərzində sabit hava zəraiti hökm sürəcək

img

31-05-2010 [11:20]


Hidrometeoroloqlar havanın şəraitinin sabit olacağını proqnozlaşdırırlar. Belə ki, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq, şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19? isti, gündüz 25-28? isti təşkil edəcək. İyunun 2-də - dəyişkən buludlu, yağmursuz hava proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 15-19? isti, gündüz 26-29? isti olacaq. İyunun 3-də - hava əsasən yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20? isti, gündüz 26-30? isti olacaq. Azərbaycanın rayonlarında iyunun ilk günü yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi gündüz şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 16-20? isti, gündüz 25-30? isti, dağlarda gecə 7-12? isti, gündüz 18-23? isti təşkil edəcək. İyunun 2-3-də gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə lokal yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21? isti, gündüz 26-31? isti, dağlarda gecə 8-13? isti, gündüz 20-25? isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA