Bakının yarısı işıqsız qalıb - Rəsmi açıqlama

img

05-01-2017 [10:57]


Bakının Xətai rayonunun bir hissəsində elektrik enerjisi təchizatında problem yaranıb.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, gecə saatlarında "Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq "Əhmədli” yarımstansiyasında baş vermiş qısaqapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb. Nəticədə rayonun S.Mehmandarov küçəsi, Məhəmməd Hadi, Gəncə prospekti və digər yaşayış massivlərində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

Bildirilib ki, "Azərenerji” ASC və "Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

"Azərişıq” ASC yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA