Sabiq səfir Əliyar Səfərli vəfat etdi...

img

04-01-2017 [11:24]


Azərbaycanın İran İslam Respublikasındakı sabiq səfiri, Bakı Dövlət Universitetinin professoru Əliyar Səfərli dünən gecə vəfat edib.

Mia.az xəbər verir ki, 80 yaşlı Əliyar Səfərli ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki,  Ə.Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olib. Uzun müddət BDU-nun filologiya fakultəsində tədrislə məşğul olub.O, 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil etmişdir.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA