"Türk mediası yanılıb, terrorçu qırğız deyil" - Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi

img

03-01-2017 [18:59]


Türkiyə mediasında pasportunun fotosu yayılan Qırğızıstan vətəndaşının İstanbuldakı gecə klubunda törədilən terror aktı ilə heç bir əlaqəsi yoxdur.

Mia.az xəbər verir ki, bunu Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Rahat Süleymanov bildirib.

"Lahxe Maşrapov Qırğızıstanda gəldikdən dərhal sonra dindirilib. Onun terror aktında iştirakı sübut edən dəlillər olmadığından sərbəst buraxılıb. Lakin yoxlama davam edir", - Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Rahat Süleymanov "İnterfaks"a bildirib.

Qırğızıstanın Kara-Suu rayonunun (Oş vilayəti) daxili işlər şöbəsinin müdiri A.Başkurov bildirib ki, Türkiyənin hüquq-mühafizə orqanlarının təmsilçiləri İstanbul hava limanında Maşrapovu dindirib və onun təqsirsizliyi sübut olunub.

M.Rzasoy

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA