İstanbul terrorunda yaralanan azərbaycanlılardan - XƏBƏR

img

03-01-2017 [13:01]


Xəbər verdiyimiz kimi, Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum zamanı törədilmiş terror aktı nəticəsində Azərbaycanın iki vətəndaşı yaralanıb.

Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki azərbaycanlı - Günel Həsənova və Rəşad Vəliyevin səhhəti normaldır: "Günel Həsənova yüngül xəsarət alıb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır”.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan isə bildirilib ki, terrorda sadəcə iki Azərbaycan vətəndaşı yaralanıb: "Mütəmadi olaraq Türkiyə rəsmiləri və aidiyyəti qurumlarla əlaqə saxlayırıq. Terror zamanı həlak olan Nurlanə Həsənova isə Azərbaycan vətəndaşı olmayıb. Belə bir şey olsaydı, ilk bizim xəbərimiz olardı. Cənazələr rəsmi icazə verildikdənsonra ölkələrinə göndəriləcək".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA