Azərbaycanda "KQB" generalı vəfat etdi

img

31-12-2016 [23:09]


General-mayor Bahadur Hüseynov bu gün vəfat edib.

Mia.az xəbər verir ki, bu haqda məlumatı interpress.az saytı yayıb. Əfsanəvi azərbaycanlı general, İkinci Dünya müharibəsinin iştirakçısı Bahadur Hüseynovun dekabrın 15-də 95 yaşı tamam olmuşdu.

B. Hüseynov ilk hərbi əməliyyatına 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində kiçik leytenant rütbəsində başlayıb. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edib. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edib.

1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 1963-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) keçib.

Bahadur Hüseynov bir müddət Azərbaycan DTK-sının sədr müavini işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA