Səbaildə ?Əlvida bağça ? salam məktəb? mövzusunda tədbir keçirilib

img

29-05-2010 [01:58]


Səbail rayonu 85 saylı körpələr evi- uşaq bağçasında ?Əlvida bağça ? salam məktəb? mövzusunda tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Bayıl yaşıyış sahısində yerləşən 85 saylı körpələr evi- uşaq bağçası 1936-cı ildən fəaliyyət göstərir. Bu illər ərzində minlərlə uşaq bu bağçada tərbiyə almışdır. Hazırda burada 5 qrup - kiçik, orta, qarışıq və 2 məktəbəqədər qruplar fəaliyyət göstərir və həmin qruplarda 130 uşaq tərbiyə alır. Bu il 35 uşaq bağçadan məktəbə yola salınacaq. Bağçada 9 nəfər ali və orta ?ixtisas təhsilli tərbiyəçi uşaqlarla çalışır. Bağça əsaslı təmir olunmuş və hər cür ləvazimatlarla təmin olunub. Bayramsayacı bəzədilmiş bağçada əvvəlcə Azərbaycan və rus bölmələrinə aid 2 qrupda kompleks məşğələlərə baxılmış, sonradan isə Səbail rayon rəhbərliyi, rayonun məktəbəqədər tərbiyə müəssisələrinin müdirələri və valideynlərin iştirakı ilə ?Əlvida bağça ? salam məktəb? adlı musiqili əyləncəli tədbir keçirilib. Tədbiri açıq elan edən 85 saylı körpələr evi- uşaq bağçasının müdirəsi Kəmalə Abbasova qonaqları salamlamış, bağçanın fəaliyyəti barədə məlumat verib. Sonra uşaqların ifasında müsiqili-əyləncəli tədbir başlayıb. Müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar, xorun ifası tədbir iştiraksılarının alqışları ilə qarşılanıb. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov uşaqları bu il məktəbə getmələri münasibəti ilə təbrik etmiş, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb. A.Əsgərov ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA