Rəsmi Moskva cəbhədəki gərginliyə reaksiya: "Lazımı addımları dərhal atmağa çağırırıq"

img

30-12-2016 [21:36]


"Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri öhdəliyə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün bütün lazımı addımları dərhal atmağa çağırırıq".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirən Rusiya XİN tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb: "Daxil olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində qarşıdurma baş verib. Hər iki tərəfdən hərbi qulluqçular arasında itkilər var. Rusiya yaxınlarını itirənlərin ailəsinə başsağlığı veririk. Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri məsuliyyətə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün dərhal bütün lazımı addımları atmağa çağırırıq".

Rusiya XİN-dən Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın dünənki insidentlə bağlı bəyanatına da münasibət bildirilib: "O ki qaldı KTMT baş katibi Nİkolay Bordyujanın bəyanatına, KTMT-yə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi onların bu ilin oktyabrın 14-də Yerevanda qəbul olunan birgə bəyanatında aydın ifadə olunub".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA