30-12-2016 [18:59]
Son zamanlar Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişəsinin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatların artırılmasına münasibətdə Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin dərin narahatlığını izhar edir və aşağıdakıları bildirir.
Mia.az-ın məlumatına görə, XİN-nin bu barədə yaydığı bəyanatda qeyd olunur ki, 29 dekabr 2016-cı il tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq, növbəti təxribat əməlini həyata keçirmişdir. Ermənistan silahlı qüvvələrinin bu təxribat əməlinin qarşısı alınıb və Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilmişdir. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz həlak olmuş və onun cəsədi Ermənistan tərəfinə aparılıb:
"Ermənistan tərəfi ilkin olaraq cəsədin onlarda olduğunu inkar etsə də, sonradan baş vermiş insidentə görə öz məsuliyyətini gizlətmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə hadisəni Ermənistanın dövlət sərhədinin pozulması kimi təqdim etməyə cəhd göstərmiş, cəsədin fotolarını sosial şəbəkələrdə yerləşdirməklə mənəvi-etik normaları və insani dəyərləri tapdalayaraq çirkin təbliğata və dezinformasiyaya əl atmışdır.
Ermənistanın təxribat və təhriki ilə baş vermiş aprel döyüşlərində həlak olmuş Azərbaycan hərbi qulluqçularının cəsədlərində də ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınmış və onların da fotoları Ermənistan tərəfindən KİV və sosial şəbəkələrdə yerləşdirilmişdir. Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun da cəsədi Ermənistan tərəfindən saxlanılmış, cəsəd üzərində vandalizm əməlləri törədilmiş və yalnız israrlı beynəlxalq təzyiqlər nəticəsində onun cəsədinin bir neçə aydan sonra Azərbaycana qaytarılması təmin olunmuşdur.
Ermənistan Respublikası beynəlxalq humanitar hüquqa məhəl qoymayaraq döyüş əməliyyatlarında həlak olmuş şəxslərin cəsədlərinə qarşı vandalizm aktı törətmək kimi sistematik siyasət yürüdür və onların qaytarılması məsələsini davamlı olaraq siyasi möhtəkirlik obyektinə çevirir. Beynəlxalq humanitar təşkilatların, xüsusilə şəfqət və humanizm prinsiplərinə əsaslanan Beynəlxalq Qırmızı Xaç Komitəsinin hərbi qulluqçu Çingiz Qurbanovun Azərbaycana verilməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsinə ümid edirik.
Sözügedən hadisə ilə əlaqədar Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibi Nikolay Bordyuja səlahiyyət həddini aşmaqla, insidentin mahiyyətini təhrif edərək guya onun Ermənistan ərazisində baş verməsi iddiası ilə çıxış edib. Bununla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "dağlıq qarabağ respublikası” kimi müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin şübhə altına qoyulmasına cəhd edib. KTMT-nin Baş katibi tərəfindən səsləndirilən bu məsuliyyətsiz bəyanat ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları pozmağa xidmət edir, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəsətəkləyən təşkilatın digər üzv dövlətləri ilə münasibətlərinin təməl prinsiplərinə ziddir. N.Bordyuja əvvəllər də münaqişə ilə əlaqədar qərəzli bəyanatlarla çıxış etmişdir.
Ermənistanın növbəti silahlı toqquşmanı bilavasitə Ermənistan-Azərbaycan sərhədinə keçirmək və Ermənistana xüsusi münasibəti və rəğbəti ilə seçilən N.Bordyuja kimi siyasətçilərdən istifadə etməklə KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regionda siyasi gərginliyin artmasına xidmət edir və regional sabitlik və təhlükəsizliyə ciddi təhdid doğurur.
N.Bordjyunanın bu məsuliyyətsiz bəyanatını rədd edirik və təşkilata üzv dövlətlər tərəfindən ona qiymət verilməsini gözləyirik.
Azərbaycan Respublikası dəfələrlə bəyan etmişdir ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
Azərbaycan Respublikası beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi