ilham Əliyev Pakistan və Hindistan prezidentlərinə bazsağlığı verib

img

29-05-2010 [12:43]


Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Asif Əli Zərdariyə Lahor şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Bu məqsədlə dövlət başçısının pakistanlı həmkarına ünvanladığı məktubda deyilir: "Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!". Azərbaycan prezidenti eyni zamanda Hindistan prezidenti xanım Pratibha Devisinqh Patilə də dəmir yolu qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Hindistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", deyə dövlət başçısının Hindistan prezidentinə ünvanlanmış məktubunda deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA