30-12-2016 [14:40]
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan tərəfini təşkilatın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlə bağlı yaydığı bəyanatında işlətdiyi "Dağlıq Qarabağ Respublikası" ifadəsinə əhəmiyyət verməməyə çağırıb.
Bu barədə KTMT-nın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
"KTMT-nin bəyanatında "de-fakto" mövcud olan "Dağlıq Qarabağ Respublikası" ifadəsinin işlənməsi heç də onun tanınıb-tanınmaması anlamına gəlmir. Burada KTMT-nin təşkilata üzv ölkə olan Ermənistanın ərazisində dekabrın 29-da baş vermiş silahlı insidentlə bağlı böyük narahatlıq keçirdiyi barədə dediklərinə diqqət etmək daha məqsədəuyğundur", - deyə mətbuat xidmətində qeyd ediblər.
KTMT-dən bildiriblər ki, baş katibin bu ifadəni işlətməsi münaqişənin baş verdiyi coğrafi ərazi ilə əlaqədardır: "KTMT münaqişənin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun bütün səylərini dəstəkləyir. Sonuncu dəfə KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu ilin oktyabrında İrəvanda yaydığı birgə bəyanatda da bu, əksini tapıb".
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, o, şəhid olub, meyiti düşmən əlindədir.
Ermənistan Müdafiə Nazirliyi isə döyüş toqquşmasında 3 hərbçisinin öldürüldüyünü təsdiqləyib.
N. Bordyujanın hadisə ilə bağlı bəyanatında "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlətməsi Azərbaycan tərəfindən kəskin etiraz qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında N. Bordyujanın dediklərinin qəbuledilməz olduğunu bildirib, yanaşmasını birtərəfli kimi qiymətləndirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi