30-12-2016 [14:20]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Mia.az KİVDF-yə istinadən xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb.
Həmin qəzetlərin layihələrinin 2016-cı ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb.
Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Əflatun Amaşov, Rəşad Məcid, Müşfiq Ələsgərli, Bəxtiyar Sadıqov və Faiq Qurbanov Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2017-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
2017-ci ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:
№ | Qəzetin Adı | Ayrılmış məbləğ |
1. | "Kaspi” qəzeti | 60 000 |
2. | "Yeni Azərbaycan” qəzeti | 60 000 |
3. | "Səs” qəzeti | 60 000 |
4. | "Mövqe” qəzeti | 60 000 |
5. | "Ədalət” qəzeti | 60 000 |
6. | "525-ci qəzet” | 60 000 |
7. | "Bakı-Xəbər” qəzeti | 60 000 |
8. | "Yeni Müsavat” qəzeti | 60 000 |
9. | "Kaspiy" qəzeti | 60 000 |
10. | "Ekspress” qəzeti | 60 000 |
11. | "Palitra” qəzeti | 60 000 |
12. | "Paralel” qəzeti | 40 000 |
13. | "Həftə içi” qəzeti | 40 000 |
14. | "Azad Azərbaycan” qəzeti | 40 000 |
15. | "Şərq” qəzeti | 40 000 |
16. | "Xalq Cəbhəsi” qəzeti | 40 000 |
17. | "Futbol+Qol” qəzeti | 40 000 |
18. | "Bizim Yol” qəzeti | 40 000 |
19. | "Olaylar” qəzeti | 40 000 |
20. | "Novoye Vremya” qəzeti | 30 000 |
21. | "Futbol+” qəzeti | 30 000 |
22. | "Üç Nöqtə” qəzeti | 30 000 |
23. | "Azernews” qəzeti | 30 000 |
24. | "Unikal” qəzeti | 20 000 |
25. | "Olimpiya Dünyası” qəzeti | 20 000 |
26. | "Oxu məni” qəzeti | 20 000 |
27. | "Reytinq” qəzeti | 9 000 |
28. | "Təhsil Problemləri” qəzeti | 9 000 |
29. | "The Business Times” qəzeti | 9 000 |
30. | "Hərbi And” qəzeti | 9 000 |
31. | "Türküstan” qəzeti | 9 000 |
32. | "İqtisadiyyat” qəzeti | 9 000 |
33. | "Hürriyyət" qəzeti | 9 000 |
CƏMİ | 33 Redaksiya | 1.223.000 |
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb