29-12-2016 [16:42]
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov apa-ya müsahibə verib. Mia.az müsahibəni təqdim edir.
- Əflatun müəllim, 2016-cı il Azərbaycan mediası üçün hansı məqamlarla yaddaqalandır?
- 2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan olmadı. Böhran media bazarına da təsirsiz ötüşmədi, hərçənd pozitiv məqamları da az deyil.
Digər pozitiv cəhət Azərbaycan mediasında monolitliyin müşahidə edilməsidir. Söhbət «aprel müharibəsi» zamanı ortaya qoyulan mövqedən gedir. Bu mövqenin dövlətçilik maraqları ilə uzlaşmasını xüsusi vurğulamaq lazımdır. Media orqanlarımız əksəriyyət etibarilə ucuz sensasiya dalınca qaçmadı. Müdafiə Nazirliyinin informasiya verilməsinə məsul struktur bölməsi ilə işlərini koordinasiya edilmiş şəkildə qurdu. Cəmiyyətə vətənpərvərlik hissini kifayət qədər dolğun aşıladı. Bir sözlə, onlar ictimai rəyi düzgün şəkildə yönləndirən monolit komanda kimi çıxış etdi. Cəbhə xəttində əvvəlki illərdə yaşanmış gərginliklər zamanı biz bu peşəkarlıq nümayişini az-az görmüşdük. Hətta aşkar problemlər də var idi. Amma bu dəfə vəziyyət müsbətə doğru çox dəyişdi. Hesab edirəm ki, əldə edilən nəticə nikbinliyə əsas verir.
2016-cı il Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynamış «Kaspi» qəzetinin 135 yaşı tamam oldu. Nəşrin yubileyinin yüksək səviyyədə keçirilməsini milli mətbuatımızın ənənələrinə verilən dəyər kimi qiymətləndirirəm. Hesab edirəm ki, yubileyin qeyd edilməsi ümumilikdə cəmiyyətimizin mətbuatın missiyasına həssas yanaşma tərzini daha da gücləndirmək baxımından vacib idi.
Yola salmaqda olduğumuz ildə Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresi kimi mötəbər hadisəyə ev sahibliyini həyata keçirdi. Bu, ölkəmizin dünyadakı nüfuzu baxımından mühüm hadisə idi. Prezident İlham Əliyevin tədbirdəki dolğun və məzmunlu çıxışı, söz və ifadə azadlığı ilə bağlı səsləndirdiyi məqamlar Azərbaycanın dünyaya çağırışı kimi qəbul edildi. Ölkəmiz media sahəsindəki beynəlxalq miqyaslı toplantılara layiqli ev sahibliyi imicini bir daha nümayiş etdirdi.
- 2016-cı ili rəhbərlik etdiyiniz Azərbaycan Mətbuat Şurasının fəaliyyəti baxımından necə dəyərləndirərdiniz?
- Mətbuat Şurası özünün Nizamnamə tələblərinə uyğun fəaliyyət göstərdi. İş proseduru dəyişməz qaldı. Şikayətlərin araşdırılması, qərar və rəylərin qəbulu, müxtəlif tematik tədbirlərin, anım və yubiley toplantılarının, təqdimatların, birgə müsabiqələrin təşkili - hesab edirəm ki, ortada kifayət qədər dolğun mənzərə var. Mən bu barədə geniş danışmaq istəmirəm. Çünki Mətbuat Şurasının 2016-cı ildə gördüyü işlərə dair hesabatı olacaq.
Ümumən onu deyə bilərəm ki, Şuranın İdarə Heyətinin üzvləri bir sıra beynəlxalq miqyaslı nüfuzlu tədbirlərə qatıldılar, ölkəmizin media cameəsini layiqli şəkildə təmsil etdilər.
Mətbuat Şurası Türk Dünyası Sənədli Filmlər Festivalının Azərbaycan üzrə təşkilatçılığını öz üzərinə götürdü. Bildiyiniz kimi, ölkəmizdən də festivalda iştirak edənlər və mükafata layiq yer tutanlar oldu. Şura Bakı Dövlət Universiteti ilə birlikdə həmin laureatların təltifi ilə bağlı geniş toplantı təşkil etdi.
Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə reallaşdırdığı «İfadə azadlığı və media azadlığı» layihəsinin də uğurlu alındığı qənaətindəyəm. Layihə çərçivəsində biz jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, diffamasiya məsələlərinə bir daha nəzər yetirdik. Ayrıca Azərbaycan jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdi. Onlar Avropa Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və bacarıqlarını təkmilləşdirdilər.
9 noyabr 2016-cı il tarixdə Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma memorandumu imzalandı. Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb. Bütün bunlar son dərəcə vacibdir. Ümumən hesab edirəm ki, noyabrın 4-dən 10-dək Tehrana səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı əməkdaşlığımızın möhkəmlənməsi üçün kifayət qədər pozitiv məqamlarla yadda qaldı.
- Sizcə, Azərbaycan mediasının hansı problemləri 2017-ci ilə daşınır. Bu istiqamətdə hansı xarakterik cəhətləri vurğulamaq mümkündür.
- Medianın iqtisadi cəhətdən özünü təsdiqləyə bilməməsi hələ də problem kimi qalmaqdadır. Düzdür, dövlətimiz bu sahədəki çətinliklərin aradan qaldırılmasını öz üzərinə götürüb. Həyata keçirilən tədbirlər göz önündədir. Amma medianın özü də təşəbbüslərlə çıxış etməlidir.
Mediamızın, xüsusən də çap mediasının və internet saytların reklam məsələsi də aktuallığını saxlamaqdadır. Burada həmin kütləvi informasiya vasitələri ilə sahibkarların marağının uzlaşdırılmasına ehtiyac var. Mövcud istiqamətdə də sistemli iş aparılmalıdır.
- Əflatun müəllim, 2017-ci il üçün media gözləntilərinizi bilmək maraqlı olardı.
- Əlbəttə, ilk gözləntim cənab Prezidentin sərəncamı əsasında inşa edilmiş binanın jurnalistlərin ixtiyarına verilməsidir. Bu, təkcə mənim deyil, bütövlükdə həmkarlarımızın hər birinin arzusudur. Uzun müddət kirayə həyatı keçirmiş biri kimi evsizliyin nə olduğunu gözəl bilirəm. Tanrı haqqı çatan hər kəsi arzusuna qovuşdursun. Düşünürəm ki, Azərbaycan dövlətinin jurnalistikamızla bağlı bu sayaq diqqət və qayğı nümunəsi davamlı olacaq.
Daha bir mühüm gözləntim informasiya təhlükəsizliyi konsepsiyası ilə bağlıdır. Əlbəttə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası var. Sənəd kifayət qədər təkmildir. Orada informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da yer alıb. Ancaq məsələyə daha fundamental yanaşmağa ehtiyac var. Çünki informasiya təhlükəsizliyi yalnız milli təhlükəsizliyin bir elementi kimi qəbul edilməməlidir. Bu, özü ayrılıqda bir sahədir. Arzu edərdim ki, 2017-ci ildə informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilsin.
Fürsətdən istifadə edib jurnalist həmkarlarımı qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə indidən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb