Baz Şirvan kollektorunun Xəzər dənizi ilə qovuzan hissəsi ciddi nəzarətə götürülüb

img

29-05-2010 [11:33]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Baş Şirvan kollektorunun Xəzər dənizi ilə qovuşan hissəsində qanunsuz balıq ovu faktları aşkar ediblər. ETSN-nın mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin elektron poçtuna vətəndaşlar - R.Tağıyev, B.Əliyev və V.Prokofyev tərəfindən Salyan rayonu ərazisində Şirvan kanalının dənizlə birləşən hissəsində balıqların ovlanması ilə əlaqədar daxil olmuş şikayət məktublarında göstərilən qanun pozuntuları Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırmalar nəticəsində Baş Şirvan kollektorunun dənizlə qovuşan sahəsində balıq ovlamaq məqsədilə naməlum şəxslər tərəfindən qurulmuş 11 ədəd qadağan olunmuş ov aləti sayılan sintetik axçalı balıq torları aşkar edilərək yığışdırılıb və barələrində müvafiq aktlar tərtib edilib. Nazirliyin əməkdaşlarının apardıqları növbəti reyd zamanı isə həmin kollektorun Xəzərə töküldüyü ərazidən 15 ədəd sintetik axçalı balıq torları toplanaraq müvafiq akt tərtib olunub. Sözügedən ərazi ETSN-nın aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ciddi nəzarətə götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA