Xarici ölkələrdə təhsil alan gəncləri hansı yeniliklər gözləyir? - Nazirdən açıqlama

img

30-12-2016 [13:14]


Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının ikinci layihəsində nəzərdə tutulan yeniliklər açıqlanıb.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Dövlət Proqramının ikinci layihəsi artıq tərtib olunub və hazırda müzakirəsi gedir.

 İkinci proqramın məntiqi və fəlsəfəsinin birinci proqramdan seçildiyini deyən nazir qeyd edib ki, burada artıq məqsəd xarici ali təhsil müəssisələrində qısa müddətdə mütəxəssis yetişdirmək deyil, ali təhsil sistemimizin səviyyəsini artırmaq, proqram vasitəsilə beynəlmilləşməsini təmin etməkdir: 

"Biz bu proqramda iki komponent görürük. Birinci komponent yalnız magistr və PHD səviyyəsində təhsilini davam etdirmək istəyən soydaşlarımıza imkan verməkdir. Bir qayda olaraq, onlar sonradan biznes sahəsində, dövlət qurumunda, özəl sektorda, ali məktəbdə və Azərbaycan Milli Elmlər Akademiyasında işləyə biləcəklər. 

İkinci komponent isə seçilmiş ali təhsil müəssisələrimizdə ya yeni yaradılan ixtisas sahələrinin ehtiyaclarını ödəmək, ya da mövcud olan, lakin bu gün dünya səviyyəsində olmayan fəaliyyətin təşkil edilməsi üçün professorların gətirilməsidir. Bununla biz universitetlərimizdə tədrisin keyfiyyətinə müsbət təsir etmiş oluruq. 

Digər tərəfdən bu alətlə proqramdan faydalanan tələbələrin sayını genişləndiririk”.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA