Bayram günlərində Bakı və rayonlarda hava necə olacaq? – Proqnoz açıqlandı

img

30-12-2016 [12:55]


Bakı və Abşeron yarımadasında dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi  gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6° isti, gündüz  6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz  7-9° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

2017-ci il yanvarın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.Şimal-qərb küləyi  gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-4° isti, gündüz  6-8° isti olacağı gözlənilir.

Yanvarın 2-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, gündüz cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3° isti, gündüz  5-8° isti olacaq.

Dekabrın 31-də əsasən şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.

2017-ci il yanvarın 1-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Yanvarın 2-də hava əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA