30-12-2016 [11:57]
Bir müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, bir sıra vəzifə səlahiyyətlərində təqsirləndirilən general-mayor Natəvan Mirvətovanın istintaq zamanı verdiyi ifadə məlum olub.
N. Mirvətova özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, ifadələrində cinayət əməllərini faktiki olaraq etiraf edərək göstərib ki, ləğv edilmiş MTN-in Əməliyyat Texniki İdarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu, MTN naziri tərəfindən təsdiq edilmiş Əməliyyat-texniki idarənin Əsasnaməsini və idarənin vəzifə təlimatlarını rəhbər tutublar.
O bildirib ki, rəhbəri olduğu Əməliyyat-Texniki İdarəsində telefon danışıqlarına qulaq asma əməliyyat idarələrindən verilərək nazir tərəfindən təsdiq olunmuş tapşırıqlar əsasında həyata keçirilib. Bəzi hallarda idarələrdən tapşırıqlar daxil olanda o, tapşırıqda tədbirin əsaslandırılması qrafasında məhkəmənin qərarı qeyd olunmadığını görüb, tapşırığı verən idarənin rəhbərliyi ilə əlaqə saxlayaraq məhkəmə qərarını onlardan istəyib. Lakin həmin idarələrdən ona məhkəmə qərarının olacağını desələr də, sonradan həmin qərarı verməyib. Rəhbərlik etdiyi idarəyə daxil olan tapşırıqların düzgün tərtibatına fikir verib və tapşırıq tam doldurulmadıqda tapşırığı verən idarənin rəhbərliyi ilə danışıb bu barədə məlumat verib. Lakin hərdən elə olub ki, həmin idarələrin rəhbərləri ona tapşırıqda olan nöqsanları aradan qaldıracaqlarına və qulaq asma ilə bağlı məhkəmə qərarı olmasını desələr də, sonradan həmin nöqsanları aradan qaldırmayıblar.
O da tapşırıqda nazirin icazəsi barədə imzasının olduğunu görüb məcbur olaraq həmin tapşırıqların icrasına göstəriş verib. Rəhbərlik etdiyi idarədə telefon danışıqlarına qulaq asma texniki tədbir həyata keçirilərkən müstəsna hallarda icraçı tərəfindən təşəbbüskara birbaşa obyektin hansı ərazidə olması, telefonla kiminlə, hansı danışıqları aparması barədə məlumatlar verilib. Bu təşəbbüskarların xahişi əsasında əməliyyat tədbirləri keçirilərkən olub, lakin onlar belə hallarda işçilərə üstü örtülü, yəni açıq olmamaq şərti ilə məlumatların verilməsinə icazə veriblər. Məlumatlar da yalnız nazirliyin işçilərində olan daxili xidməti telefonlar vasitəsi ilə verilib, başqa telefonlarla məlumatların təşəbbüskara verilməsi qadağan olub.
N. Mirvətova Ələsgərov Şahin İsmayıl oğlunun, Sadıxov Akif Ənvər oğlunun, Əsgərov Həsən Məmməd oğlunun, Mehdiyev Adil Şamil oğlunun telefonlarını xatırlamadığını, həmin telefonlara Əməliyyat-Texniki İdarədə qulaq asma tədbirinə dair müvafiq sənədləşmə aparılmayıbsa, deməli həmin nömrələrə yalnız sabiq nazirin şifahi göstərişinə əsasən şifahi qaydada işçilərinə həmin telefonlara qulaq asılmasına dair göstəriş verdiyini bildirib: "Sabiq nazirin göstərişi olmadan, müvafiq sənədləşmə olmadan həmin telefonlarla aparılan danışıqlara qulaqasma tədbirinin həyata keçirilməsinə göstəriş verməzdim".
Bununla yanaşı, N. Mirvətova ifadələrində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin razılığı ilə MTN-in sabiq rəhbərliyinin şifahi tapşırıqları əsasında, hər hansı məhkəmə qərarları alınmadan abonentlərin şəhər telefon nömrələrinə Avtomatlaşdırılmış Telefon Stansiyaları vasitəsilə qanunsuz qulaq asılması faktlarını da ifadələrində faktiki təsdiq edib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi