Almaniyanın Əmək və Sosial Məsələlər Nazirliyinin Parlamentar dövlət katibi Bakıya gəlir

img

29-05-2010 [11:26]


Almaniyanın Əmək və Sosial Məsələlər Federal Nazirliyinin Parlamentar dövlət katibi Ralf Brauksipin başçılıq etdiyi nümayəndə heyəti mayın 30-dan iyunun 1-dək Azərbaycanda səfərdə olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazir Füzuli Ələkbərovla Ralf Brauksip arasında rəsmi görüş keçiriləcək. Görüşdə hər iki dövlət arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri, habelə əmək qanunvericiliyinin tətbiqinə nəzarət edən orqanların fəaliyyəti, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, bu sahələrdə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Görüşün nəticələri ilə bağlı tərəflər arasında Protokol imzalanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA