Komitə sədrindən sərt addım - Dövlət Statistika Komitəsinin 6 əməkdaşı cəzalandırılıb

img

29-12-2016 [17:57]


Hesabat və icra intizamında yol verdikləri nöqsanlara və icra intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Şəki şəhər Statistika İdarəsinin rəisi Lütfəli Əliyevə, Bərdə rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədova, Siyəzən rayon Statistika İdarəsinin rəisi Bəhram Sultanova töhmət intizam tənbeh tədbiri tətbiq edilib. 

Həmin şəxslər Komitə sədrinin müvafiqəmrləri ilə cəzalandırılıb.

Məlumatda deyilir ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 5-ci maddəsinin tələblərini yerinə yetirmədiklərinə görə isə Şəki şəhər Statistika İdarəsinin baş mühasibi Xuraman Mustafayevaya, Bərdə rayon Statistika İdarəsinin baş mühasibi Fərhad Qasımova, Göygöl rayon Statistika İdarəsinin baş mühasibi Kimya Abbasovaya da eyni cəzalar tətbiq edilib.

report



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA