Prezident və ailəsi Uşaq Bərpa Mərkəzində

img

29-12-2016 [15:48]


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri yüksək səviyyədə başa çatıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Uşaq Bərpa Mərkəzində yaradılan şəraitlə tanış olublar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA