İlham Əliyev polkovniklə bağlı sərəncam verdi - Prezident mühafizəçisi mükafatlandırıldı

img

29-12-2016 [15:24]


Prezident İlham Əliyev polkovnik Səftər Heydər oğlu Hacıyevi 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Mia.az xəbər verir ki, S.Hacıyev Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, o, prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi vəzifəsində çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA