Respublika Günü münasibəti ilə Bakıda nizami keçid olub

img

28-05-2010 [01:24]


Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin kursantları 28 May-Respublika Gününü təntənə ilə qeyd ediblər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Təyyarəçilik, Ali Hərbi Dənizçilik məktəblərinin və C.Naxçıvanski adına Hərbi Liseyin kursantları mayın 28-də Bakının mərkəzi küçələrindən keçərək, Azadlıq meydanına gəlmişlər. Onlar hərbi marşın sədaları altında tribunanın qarşısından keçiblər. Burada kursantları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi polkovnik Mirzə Yusifov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Almas Mirzəyev, Ali Hərbi Təyyarəçilik Məktəbinin rəisi polkovnik Coşqun Ağamalıyev, Ali Hərbi Dənizçilik Məktəbinin rəisi polkovnik Nurulla Əliyev və digər yüksək rütbəli zabitlər salamlayıblar. Kursantları şəhərin yüzlərlə sakini alqışlamış, onlara uğurlar arzulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA