29-12-2016 [00:56]
"Reuters” agentliyinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, Yaxın Şərqin üç nüfuzlu dövləti – Rusiya, Türkiyə və İran Suriyanı öz maraq dairələrinə bölməyə hazırlaşırlar.
Sövdələşmənin şərtlərinə görə, Suriya prezidenti Bəşər Əsədə hələ bir neçə il ölkəyə başçılıq etmək imkanı yaradılacaq – novbəti seçki kampaniyasına qədər.
Qeyd olunur ki, ölkənin rəhbərliyinə daha az iddialı şəxs gətirildikdən sonra Əsədə ailəsi ilə birlikdə təhlükəsizlik zəmanəti veriləcək. Həmin məlumata əsasən, hazırkı prezidenti əvəzləyəcək namizədlərin müəyyən edilməsi prosesi artıq başlayıb.
Lakin ölkə daxilində muxtariyyətlərin yaradılması planları hələlik işlənib hazırlanmayıb. Bu təkliflər həm rəsmi Dəməşq, həm də onun əleyhinə vuruşan silahlı müxalifət, ABŞ və Fars körfəzi dövlətləri tərəfindən təsdiqlənməlidir.
"Yekun sazişi əldə etmək çətin olacaq, lakin münaqişə tərəflərinin ilkin mövqelərində xeyli dəyişikliklər var”, – bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının baş direktoru Andrey Kortunov deyib.
Elə bu gün Türkiyənin "Anadolu” agentliyi xəbər verib ki, Rusiya və Türkiyə birlikdə Suriya ərazisində geniş atəşkəs planını razılaşdırıblar və həmin plan yaxın vaxtlarda münaqişə tərəflərinə təqdim ediləcək.
Mənbələrin bildirdiklərinə görə, atəşkəs dekabrın 29-u gecə yarısı qüvvəyə minəcək və Əsəd qoşunları ilə müxalifətçilər arasında döyüşlərin davam etdiyi ərazilərə şamil olunacaq. Atəşkəsin terror qruplaşmaları ilə mübarizəyə aidiyyatı olmayacaq.
Atəşkəs haqqında saziş işə yarayarsa, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hakimiyyəti və müxalifət münaqişənin sülh yolu ilə nizamlanmasını müzakirə etməyə başlayacaqlar. Güman edildiyinə görə, danışıqlar Qazaxıstanda baş tutacaq.
Kremldə "Anadolu”nun bu xəbərini şərh etməkdən imtina ediblər.
"Bu suala cavab vermək üçün kifayət qədər məlumatlı deyiləm”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi