28-12-2016 [19:50]
"Park İnn"hotelində "ANS: Müstəqil dövlətmizin 25 ili mövzusunda Yaddaş axşamı" adlı tədbir keçirildi.
Mia.az xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, politoloqlar, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin nümayəndəsi, xalq artistləri, aktyorlar iştirak edib.
Tədbir iştirakçıları xalqımızın keçdiyi müstəqillik yoluna bir daha şahidlik ediblər. Belə ki, ANS-in Qızıl fondunun o illəri əks etdirən unudulmaz nümunələri yenidən nümayiş olundu.
Tədbirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib, vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra "Yaddaş axşamı”nda millət vəkilləri Elmira Axundova, Aqil Abbas, Fazil Mustafa, Fəzail Ağamalı, Rasim Musabəyov və başqa tanınmış şəxslər çıxış edərək Azərbaycanın müstəqillik tarixinin ən xırda təfərrüatlarından söhbət açdılar.
1990-cı illərdə milli azadlıq hərəkatının liderlərindən biri, xalq şairi Sabir Rüstəmxanlı çıxışı zamanı qeyd etdi ki, Azərbaycan 25 illik müstəqillik dövründə çox nailliyyətlər əldə etsə də itirdikləri də çox olub.
"Müstəqilliyimiz bizə baha başa gəlib. Çox şəhidlər vermişik. Amma vətənimizi qorumuşuq. 1990-cı illər çox çətin dövr idi. Bu dövrdə medianın da rolunu danmaq olmaz. Xalq meydanlarda baş verənləri ANS-dən öyrənirdi, görürdü. Bu baxımdan ANS Azərbaycan televiziyasının pioneri, millətin səsi idi”, - xalq şairi belə dedi.
ANS Şirkətlər qrupunun vitse-prezidenti Seyfulla Mustafayev isə Azərbaycan xalqının müstəqillik müqavimətinin tarix boyu davam etdiyini, heç vaxt dayanmadığını bildirdi.
Onun sözlərinə görə, SSRİ dönəmində də müstəqillik müqaviməti müxtəlif forma və şəkillərdə aparılırdı.
Milli Azadlıq Hərəkatının liderindən biri Etibar Məmmədov da tədbirdə çıxış etdi. O bildirdi ki, xalq 1990-cı illərdə baş verən bütün hadisələri ANS-in kamerasından gördüyü üçün Azərbaycanın müstəqilliyi ilə ANS-in 25 illiyi birlikdə qeyd olunmalıdır.
Tədbirdə çıxışlarla yanaşı böyük monitorda ANS-in Qızıl Fondunda saxlanılan Azərbaycanın ən yeni tarixinin kadrları nümayiş olunurdu.
Daha sonra söz ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə verildi. O, Azərbaycanın müstəqillik yolunda medianın rolu barədə danışdı.
"O dövrdə meydanlarda baş verənləri xalqa çatdırmaq mühüm məsələ idi. ANS-in yaranmağının əsas məqsədlərindən biri ölkədə baş verənləri dünyaya çatdırmaq idi. Çətin dövrlər idi. Çünki blokada vəziyyətində idik. Heydər Əliyevin xalq üçün gördüyü işləri, Naxçıvan Muxtar Respublikasının parlamentində Azərbaycan bayrağının dalğalandırılmasını biz jurnalistlər bütöv Azərbaycana çatdıra bildik”, - V.Mustafayev deyə bildirdi.
Millət vəkili Elmira Axundova isə fəaliyyətinə jurnalistikadan başladığını, müstəqillik yolunda baş verən hadisələri işıqlandırmağa çalışdığını, eyni zamanda ANS-in Azərbaycanın müstəqilliyi uğrunda gedən bütün prosesləri lentə alaraq xalqa obyektiv şəkildə çatdırdığını dedi.
Tədbirdə həmçinin KonstitusiyaAktının müəlliflərindən biri,tarixçi professorHacıbaba Əzimov, millət vəkili Fəzail Ağamalı, millət vəkili Rasim Musabəyov, xalq artisti Flora Kərimova, milli azadlıq hərəkatının liderlərindən biri Nemət Pənahlı, əməkdar jurnalist Mais Məmmədov çıxş etdi.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb