39 ölkənin yer aldığı hərbi əməliyyatlar başladı – Dünya yeni savaşla üz-üzə (TƏHLİL)
19-12-2023 [15:31]
Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatı Qırmızı dəniz ticarətini tamamilə dayandırıb.
Bundan öncə strateji əhəmiyyətə malik Übeydə limanı və Bəb-ül-Məndəb boğazına nəzarəti ələ keçirən husilər İsrail gəmilərinə ardıcıl hücumlar edirdi. Husilərin Qırmızı dəniz ticarətini dayandırması isə bütövlükdə dünya ticarətinə və enerji böhranına səbəb ola bilər.
Böhran qapıda
Husilərin Yəməndə apardığı silahlı mübarizə bu ölkənin daxili məsələsi hesab edilirdi. Qruplaşmanın İsrailə müharibə elan etməsi də beynəlxalq mənada problem deyildi. Lakin Qırmızı dəniz ticarətinin dayandırılması husilərin ciddi strateji səhvidir.
Məsələ ondadır ki, dünyanın illik ticarətinin 12%-i, neft daşınmasının isə 10%-i Qırmızı dənizin payına düşür. Bundan başqa, Qırmızı dəniz ticarətinin dayanması Suveş kanalının iflic olması, İstanbul boğazında isə durğunluq yarada bilər.
Qırmızı dəniz ticarətinin tamamilə dayanması fonunda enerji nəhəngləri – Britaniyanın BP, Fransanın “Total Energies”, Belçikanın Şirkəti Euronav, Tayvanın konteyner daşıma şirkəti Evergreen və daha 11 şirkət keçidlərini dayandırıb. Bu, dünya miqyasında ciddi enerji böhranının yaranması deməkdir.
Rusiya-Ukrayna müharibəsinə görə onsuz da mavi qaz böhranı yaşayan Qərbin indi də neftsiz qalması yanacaq qiymətlərində kəskin artımı qaçılmaz edir. ABŞ buna göz yuma bilməz.
ABŞ-ın koalisiyası
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qallantla birgə mətbuat konfransında deyib ki, ölkəsi Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.
Anti-Husi koalisiyasında ABŞ, NATO və bir neçə Ərəb ölkəsinin (ümumilikdə 39 ölkənin) yer alacağı gözlənilir. Ostin deyib ki, “Bu hücumlar (Qırmızı dənizdə gəmilərə qarşı – red.) ehtiyatsız və təhlükəlidir, beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmağa çalışırıq”.
Onun sözlərindən bu qənaətə gəlmək olar ki, koalisiyanın əsas hədəfi Yəmən sahillərindən keçən ticarət gəmilərinin təhlükəsiz ərazilərə kimi müşayiət edilməsidir. Yəni Anti-Husi koalisiyası indiki məqamda Yəmənə müdaxilə, ya da husiləri tam məğlub etmək niyyətində deyil.
Bunun üç əsas səbəbi var:
Birincisi, husilərin nəzarətindəki ərazilər daha çox dağlıqdır və ABŞ Əfqanıstandakı kimi illərlə müharibə aparmalı olacaq.
İkincisi, Anti-Husi koalisiyası quru əməliyyatlarına başlasa, Rusiya və İran husiləri dəstəkləyə bilər.
Üçüncüsü, husilərlə quru döyüşlərinin başlanması onları daha da aqressivləşdirə, Səudiyyə və BƏƏ şəhərlərini və neft yataqlarını vurmasına gətirib çıxara bilər. Bu baş verərsə, dünya tarixində üzləşdmədiyi bir neft böhranı ilə üzləşə bilər.
Bununla belə, Anti-Husi koalisiyasında Misir, Səudiyyə Ərəbistanı, BƏƏ-nin olması əməliyyatların uğur qazanması baxımdan vacibdir. Məsələnin Türkiyəyə təsiri olduğu üçün Ankara da prosesdə yer ala bilər. Birbaşa hərbi dəstək olmasa da, siyasi mesajların verilməsi istisna deyil.
Turan Rzayev
MİA.AZ
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb