?Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulmasi ? III? layihəsi təsdiq edildi

img

28-05-2010 [11:24]


?Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulmasi ? III? layihəsi təsdiq edilib. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Dünya Bankı layihə çərçivəsində Azərbaycana 241,6 milyon ABŞ dolları məbləğində kredit ayıracaq. Həmin məbləğin 70 milyon dolları Dünya Bankının üzvü Beynəlxalq İnkişaf Assosiasiyası (İDA), 171,6 milyon dolları isə bu maliyyə qurumunun digər üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (İBRD) vəsaitləri hesabına ayrılacaq. Layihə əsasən Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsini nəzərdə tutur. Ümumi dəyəri 356,15 milyon dollar təşkil edən layihənin qalan hissəsini Azərbaycan hökuməti ayıracaq. Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən verilməsi nəzərdə tutulan kredit 20 il (ilk 10 ili güzəştli olmaq şərti ilə), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılacaq kredit isə 17 il (ilk 4 ili güzəştli olmaqla) müddətinə veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA