Facebook-dan terror xəbərdarlığı

img

28-12-2016 [16:46]


Facebook sosial şəbəkəsinin təhlükəsizlik bölməsi Taylandda terror törədiləcəyi haqda məlumat yayıb.

Mia.az BBC-yə istinadən xəbər verir ki, Facebook Banqkokda bombalı hücumun olacağıyla bağlı bölgədəki istifadəçilərinin etibarlı yerdə olub-olmamalarını bilmələri üçün təhlükəsizlik funksiyasını aktivləşdirib. Xüsusiyyətin aktivləşməsinə Banqkokdakı hökumət binasına molotov kokteyli atan bir etirazçının səbəb olduğu məlum olub.

Bu vaxt partlayışla əlaqədar bir video paylaşılıb. Ancaq bunun 2015-ci ildə Banqkokda meydana gələn partlayışa aid olduğu müəyyən edilib.

İstifadəçilərin özlərini "təhlükəsiz" olaraq xəbərə işarələmələri isə Facebook-un yanlışlığa yol verdiyini ortaya çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA