28-12-2016 [15:01]
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan onun Qarabağa dair sülh çağırışlarının yer aldığı çıxışına reaksiyalarla bağlı yeni məqalə ilə çıxış edib.
Ter-Petrosyan iLur.am saytında bu gün dərc edilmiş məqaləsində onun Ermənistan Milli Konqresinin qurultayındakı çıxışına hakimiyyətin və hakimiyyətə yaxın düşərgələrin "isterik, hədələyici və tənqidi reaksiyasının” gözlənilməz olmadığını bildirir.
Ter-Petrosyanın sözlərinə görə, o, qurultayda heç də Qarabağa dair öz mövqeyini və ya partiyasının proqramını təqdim etməyib.
Hazırda danışıqlar masası üzərində olan və "prinsipcə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilən” konkret nizamlama proqramı barədə danışıb. "Hansı ki, bu nizamlama proqramının şəxsən mənə və başçılıq etdiyim partiyaya heç bir dəxli yoxdur”-o, əlavə edir.
Xatırladaq ki, Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həlldən başqa həll yolunun olmadığını, münaqişə həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın məhv olacağını bildirib. Onun çıxışının tam mətinini virtualaz.org artıq oxuculara təqdim edib. Keçmiş prezidentin çıxışına hakimiyyət dairələri və hakimiyyətə yaxın siyasətçilər, ekspertlər, habelə digər siyasi dairələr tənqidi reaksiya veriblər.
İndi Ter-Petrosyan bildirir ki, onun çıxışını "təslimçilik” hesab edənlər öz-özlərini ifşa etmiş olurlar. Çünki barəsində söhbət gedən nizamlama variantını Ermənistan hakimiyyəti 2007-ci ildən danışıqlar üçün əsas kimi qəbul edib. Keçmiş prezident bildirir ki, söhbət "Madrid-Kazan-Lavrov planı” kimi tanınan nizamlama variantından gedir. Hansı ki, bu plan 1997-ci ildə onun razılıq verdiyi mərhələli həlldən heç nə ilə fərqlənmir.
Ter-Petrosyan qeyd edir ki, plana əsasən erməni tərəfi birinci mərhələdə Azərbaycana yeddi rayondan beşini qaytarmalıdır. (Kəlbəcər və Laçın istisna olmaqla) Sonra Qarabağa sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağ üçün beynəlxalq səviyyədə tanınmış aralıq status elan olunur. Sonra Dağlıq Qarabağın və Ermənistanın blokadası qaldırılır, kommunikasiyalar açılır. Dağlıq Qarabağın yekun statusu isə daha sonra müəyyən edilməlidir. Ter-Petrosyana görə plana əsasən sonda qalan iki rayon da Laçın dəhlizi çıxılmaqla Azərbaycana qaytarılmalıdır.
"Bu varianta görə tam məsuliyyət Ermənistanın hakim partiyasının, onun müttəfiqi "Daşnaksütun” partiyasının və hakimiyyətə dəstək verən deputatların, fraksiyaların üzərinə düşür”-Ter-Petrosyan bildirir. "Beləliklə, belə çıxır ki, kim kompromisləri və ərazilərin qaytarılmasını təslimçilik və satqınçılıq hesab edirsə bizimlə yox, öz-özləri ilə diskussiyaya girir, bizim mövqeyimizi deyil, öz proqramlarını qınayır. Bu isə acınacaqlı, miskin vəziyyətdən, ən azı gülünc durumdan xəbər verir” - deyə, o, bildirir.
Ter-Petrosyan bir daha qeyd edir ki, əgər sülh indi əldə olunmasa Dağlıq Qarabağ və Ermənistan daha da zəifləyəcək, gələcəkdə bundan da betər sülh planı irəli sürüləcək.
Eks-prezident Qarabağ məsələsinin həllinin açarının Rusiyanın əlində olduğu haqda fikirlərini də müdafiə edib. O bildirib ki, Rusiya münaqişə tərəflərinə güclü təsir imkanlarına malikdir və öz sərhədlərində təhlükəli münaqişənin təkrar alovlanmasına imkan verə bilməz.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi