28-12-2016 [14:45]
Azərbaycanda yaranan iqtisadi durğunluq avtomobil bazarına da təsirsiz ötüşməyib. Dolların bahalaşması şəraitində xaricdən gətirilən avtomobillərin kəskin bahalaşması, bankların avtokreditləri dayandırması, avtomobil bazarını böhran həddinə çatdırıb.
Mia.az xəbər verir ki, avtomobil eksperləri fins.az-a bildirirlər ki, aksiz vergisinin artırılması vəziyyəti bir qədər də çətinləşdirib.
Belə ki, son bir ildə ölkəyə gətirilən avtomobillərin sayı dəfələrlə azalıb. Bu da öz növbəsində yığılan aksiz vergilərinin həcminə xeyli təsir edib. Ekspertlər hesab edirlər ki, aksiz vergisinin artırılması da bununla bağlı idi. Amma bu addım xaricdən gətirilən avtomobillərin baha başa gəlməsinə və son nəticədə adi qaydada ölkəyə avtomobil gətirən fiziki şəxslərin işi dayandırmasına səbəb olacaq.
Avtomobil satışları üzrə ekspert Aley Şamilov fins.az-a bildirib ki, son bir ayda avtomobil bazarında satış tamamilə dayanıb. Bu da maliyyə bazarında sabitliyin olmaması ilə bağlıdır. Dolların bahalaşmaqda davam etməsi insanları pul xərcləməkdən çəkindirir və investisiya dollara yatırılır. A.Şamilov bildirib ki, belə bir vəziyyətdə aksiz vergisinin artırılması isə ölkədə avtomobil biznesinin tamamilə məhvi anlamına gəlir. Bununla da ölkəyə fiziki şəxslərin avtomobil gətirməyə marağı kəskin azalacaq. Ölkəyə xaricdən avtomobillərin gətirilməməsi və ya gətirilmə xərclərinin kəskin artması daxili bazarda qiymətləri artıracaq.
Məsələn, əvvəl 3.0 l mühərrikli avtomobilə görə 1900 manat aksiz vergisi hesablanırdı. Mühərrikin2000 kubsantimetrlik hissəsinə görə 400 manat (1 kubsantimetrə 0,20 manat), qalan 1000 kubsantimetrlik hissəsinə görə 1500 manat (1 kubsantimetrə 1,5) vergi tutulurdu. İndi isə3.0 l mühərrikli avtomobilə görəbu rəqəm 3400 manata qədər yüksəlib. 2001-3000 kubsantimetrlik hissəyə görə aksiz vergisi 2 dəfə artaraq 3 min manat olub. Bu da bir avtomobilə görə aksiz vergisinin 45% artması deməkdir. Ekspert hesab edir ki, bahalı avtomobillərdə aksiz vergisi 2 dəfədən də çox artıb. Məsələn, əvvəl 4.7 l mühərrikli "Lexus” avtomobilinə görə aksiz vergisi 11400 manat idisə, indi 25400 manata qədər bahalaşıb.
A.Şamilov bildirib ki, nəticədətəkcə yeni avtomobillər deyil, ikinci əl avtomobil qiymətləri də "əl yandıracaq”. Satış olmamasına baxmayaraq, həm yeni, həm də təkrarsatış bazarında qiymətlər 30-50% civarında bahalaşacaq.
Ekspert Vaqif Hüseynov isə bildirir ki, aksiz vergisinin artırılması əsasən orta klass avtomobil bazarına mənfi təsir edəcək. Xüsusilə də qiyməti 20-50 min manat olan avtomobillərin satışı böhran yaşaya bilər. Belə ki, dolların bahalaşması ilə hər gün manatla ekvivalentində bahalaşan avtomobillərin üzərinə vergi yükü də artırılırsa, bu qiymətlərdə də öz əksini tapacaq. Ekspert hesab edir ki, bu avtomobilləri əsasən əhalinin orta təbəqisi alır. İqtisadi vəziyyət əsasən bu təbəqənin gəlirlərinin azalmasına təsir edib. Qiymətlərin artması ilə belə müştərilər avtomobil almaqdan imtina edirlər.
Daxili bazarda qiyməti 20 min manata qədər olan ikinci əl avtomobillər isə artıq vergisi ödənilmiş maşınlardır. Əhalinin böyük hissəsi əsasən bu avtomobilləri almağa üstünlük verir. Qiyməti yüksək olan lüks avtomobillərin qiymətlərində isə hər hansı qiymət artımı onun müştərisi üçün o qədər də əhəmiyyət daşımır.
Ekspert hesab edir ki, aksiz vergisinin artırılmasından sonra yanvar ayından etibarən gömrük rüsumunun artırılması gözlənilir. Ümumilikdə vergilərin artırılması rəsmi dilerlərin işinə mənfi təsir edəcək. V.Hüseynov bildirib ki, avtomobil brendlərinin Azərbaycandakı rəsmi nümayəndəliklərinin bir hissəsinin əsas xərcləri birbaşa xaricdəki şirkət tərəfindən qarşılanır. Ona görə də belə rəsmi dilerlər indəyə qədər fəaliyyətlərini davam etdirə biliblər. Bəzi avtomobil dilerləri isə xəcrlərini birbaşa özləri qarşılayırlar. Ekspert hesab edir ki, dolların bahalaşması və vergilərin artması daha çox bu avtomobil şirkətlərinə təsir edəcək. Artan xərclərin qiymətlərə əlavə edilməsi və alıcı tapılmaması sonda belə rəsmi dilerlərin regionlardakı satış salonları bağlamağa vadar edəcək.
V.Hüseynov bildirib ki, eyni vaxtda yanacağında qiymətinin artması gözlənilir. Belə ki, gömrük rüsumu ilə eyni vaxtda yanacağın qiymətinin artırılması qiymətlərin bahalaşmasının qarşısını almağa yönələ bilər: "Yanacaq bahalaşan zaman məlumdur ki, avtomobillərin qiyməti ucuzlaşır. Düşünürəm ki, gömrük rüsumunun artırılması ilə eyni vaxtda yanacaqda qiymət artımı avtomobillərin bahalaşmasınını qarşısını nisbətən ala bilər”.
Avtomobil eksperti Əyyub Əliyev fins.az-a bildirib ki, dolların bahalaşması və aksiz vergisinin artırılması ilə artıq bəzi yeni modellərin Azərbaycana gətirilməsi dayanıb. Məsələn, "Hyundai Santa Fe”, "Kia Serato” kimi avtomobillərin, "Chevrolet”in bəzi seqmentinə aid modellərin ölkəyə gətirilməsi çox baha başa gəlir: "Dolların 1.05 manat olduğu zaman avtomobilin qiyməti 42 min manat idi. Yeni "Hyundai Santa Fe”nin Azərbaycana gətirilməsi 80 min manata başa gəlir. Avtomobilin satış qiymətini də əlavə etsək bu 85 min manat edir. Qiyməti 2 dəfəyə yaxın avtomobili isə heç kim almaz”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi