28-12-2016 [13:35]
"Bu il baş verən iqtisadi gərginlik 2017-ci ildə də davam edəcək. Hətta ola bilsin ki, bu gərginlik daha sərt formada olsun”.
Mia.az xəbər verir ki, bu sözləri BakiPost.az-a iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, 2017-ci ildə iqtisadiyyatda əsas problem makro iqtisadi sabitliklə bağlı olacaq: "Hökumət qarşısında bir sıra vəzifələr duracaq ki, bunları həll etmək çox vacib olacaq. Əsas vəzifə inflyasiya ilə bağlı olacaq. 2017-ci ildə yüksək inflyasiya ölkənin makro iqtisadi sabitliyinə problem yaradacaq. Bu, qiymətlərin qalxmasına səbəb olacaq. Həmçinin maaşların qiymət artımına adekvat olmadığı aydın şəkildə hiss olunacaq. Bu da sosial gərginlik yaradacaq və əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq”.
S.Əliyev milli valyuta ilə bağlı da proqnozlarını səsləndirib: "Manatın məzənnəsinin də gələn il sabit olması gözlənilmir. Bütün proseslər, proqnozlar onu göstərir ki, gələn il milli valyuta öz dəyərini itirməkdə davam edəcək. Bu prosesin yumşaq yoxsa kəskin olacağı həm hökumətin davranışından, həm də maliyyə, xüsusən də valyuta bazarındakı vəziyyətdən asılı olacaq. Ümumən götürəndə, manat ucuzlaşmaqda davam edəcək. Hökumətin əsas siyasəti və xətti milli valyutanı yumşaq ucuzlaşdırmaq olacaq. Milli valyutanın ucuzlaşması da qiymətlərin qalxmasını şərtləndirəcək”.
Samir Əliyev qeyd edib ki, manatın məzənnəsinin ucuzlaşması ölkənin bank sektorunu çətin bir duruma salacaq: "2017-ci ildə daha bir neçə bank bazarı tərk edəcək. Bu tərk etmə ola bilsin ki, birləşmə şəklində olsun. Yəni hansısa banklar birləşsin, ya da lisenziya geri alınsın. Ümumilikdə, bank sektoru getdikcə kiçilir. İqtisadiyyat kiçildiyinə görə bankların gəlirləri azalır, xərcləri artır. Ona görə də bank sektorunda əsas istiqamət bankların sayının azaldılması, bankların özləri tərəfindən xərclərin optimallaşdırılması siyasəti (xərclərin azaldılması) olacaq. Yəni filialların birləşdirilməsi, ləğv edilməsi, yaxud da işçi heyətinin ixtisar edilməsi, maaşların azaldılması prosesi baş verə bilər. Banklar bir sözlə xərclərinə indidən baxmalı olacaqlar”.
İqtisadçı vurğulayıb ki, bank sektorunun əmanət sahəsində, kreditləşmədə ciddi artım olmayacaq:"Bank sektorunda və ölkə iqtisadiyyatında baş verən proseslər maliyyənin digər qolu olan sığorta sisteminə də öz mənfi təsirini göstərəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi