"Hazırda sistem tam gücü ilə işləyir" - "Azərenerji"dən işıq açıqlaması

img

27-12-2016 [14:44]


"Azərenerji" ASC-nin sistemində istehsal və ötürmə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı  bildirib ki, sistemin dayanıqlığı təmin edilib: "Hazırda sistem tam gücü ilə işləyir. "Azərenerji" ASC tərəfindən elektrik enerjisi sistemində yaranmış məhdudiyyəti saat 14:20-də aradan qaldırılıb, sistemin dayanıqlığını təmin edilib". (APA)

Xatırladaq ki, bu gün Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji" ASC-nin iki stansiyasının təbii qazla təchizatında məhdudiyyətlər olub.

Qaz təchizatı məhdudlaşdırılan elektrik stansiyaları 400 meqavatlıq "Şimal" və 525 meqavatlıq "Sumqayıt" stansiyalarıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA